“Neftçi” futbolçusu Cordan Rezabala ilə yolları ayırıb.
Ekvadorlu yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ötən mövsüm Rezabala “Neftçi”də 26 rəsmi oyun keçirib.
Xatırladaq ki, “Neftçi” yay fasiləsində Vensan Abubakar, Edvin Kuç, Kristian Kosti və Murad Məmmədovla da vidalaşıb.


















