İsmayıl Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi təyin edilib. İstanbul klubu 64 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalayıb.

Kartal daha əvvəl 2022-ci ildə və 2023/2024 mövsümündə “Fənərbağça”nı çalışdırıb.

Təcrübəli çalışdırıcı “sarı-lacivərtlilər”dəki sonuncu iş dövründə komanda ilə Türkiyə Superliqasında 99 xal toplasa da, çempionluq yarışını “Qalatasaray”ın arxasında tamamlamışdı.