Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
27 yaşlı yarımmüdafiəçisi karyerasını Türkiyə I Liqa təmsilçisi “Vanspor” klubunda davam etdirəcək. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Bildirək ki, Kökçü son olaraq Niderlandda “Volendam”ın formasını geyinib.


















