İspaniya milli komandası Dünya Çempionatında ilk oyununu keçirib.
Son Avropa çempionları H qrupu çərçivəsində debütant Kabo-Verde ilə qarşılaşıb. “La Roxa”nın böyük üstünlüyünə baxmayaraq, matçda hesab açılmayıb. Bu oyun cari mundialda qol vurulmayan ilk görüş olub.
Qrupun 16 iyun saat 02:00-da başlayacaq digər duelində Uruqvay və Səudiyyə Ərəbistanı seçmələri üzləşəcək.














