Azərbaycan I Liqasının qalibi “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşib.

Bakı klubu Zaur Həşimovla anlaşıb. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Həşimov buna kimi “Qəbələ” və “Zirə” klubları ilə yanaşı, Azərbaycanın U-18 millisinə rəhbərlik edib.