“Qəbələ”də üç futbolçu ilə yollar ayrılıb.
Bölgə təmsilçisi İbrahim Sanqare və Rüfət Əhmədovla başa çatan müqavilələrin müddətini yeniləməyib.
CAR-ın “Stellenboş” klubundan icarəyə götürülən Turan Manafovun da icarə anlaşması yekunlaşıb.
Sanqare “Qəbələ” forması ilə 26 rəsmi oyunda 4 qol vurub, Rüfət Əhmədov 4, Turan Manafov isə 10 qarşılaşmada meydana çıxıb.

















