Futzal üzrə Azərbaycan Yüksək Liqasında qızıl medalların sahibi müəyyənləşib.

Sonuncu – XX turun mərkəzi matçında “Neftçi”ni 5:2 hesabı ilə üstələyən “Araz-Naxçıvan” xalını 52-yə çatdıraraq qızıl medallara sahib çıxıb. Bu, Muxtar Respublika təmsilçisinin 20-ci ölkə çempionluğu olub.

Eyni xala malik “Neftçi” rəqibindən əlavə göstəricilərdə geri qalıb və ikinci yeri tutub. “Baku Fire” bürünc mükafata yiyələnib.