“Naxçıvan” basketbol komandasının baş məşqçisi açıqlanıb.

Belarusdan olan Georgi Kondruseviçlə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Mütəxəssis son olaraq ölkəmizdə “Lənkəran” komandasında işləyib. O, 2014-2021-ci illərdə isə ölkəsinin U-20 komandasının baş məşqçisi olub.