“Qarabağ” yeni transferini reallaşdırıb. Ağdam klubu fransalı vinger Jali Muaddini transfer etdiyini açıqlayıb.

“Köhlən atlar” 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. O, “Qarabağ”da 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya Aradippou” olub. Futbolçu karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani” klubunda çıxış edib. Əlavə edək ki, Muaddib Fransanın U-19 milli komandasında oynayıb.