Bu gün Azərbaycan I Liqasında növbəti oyunlar keçirəcəklər.

53 xalla lider olan “Şəfa” sonuncu pillədə qərarlaşan “Difai”nin qonağı olacaq. Bakı klubu qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirəcək. “Şimal” MOİK-i, “Zaqatala” isə “Səbail”i qəbul edəcək.

Bütün matçlar saat 16:00-da başlayacaq.