Bu gün Misli Premyer Liqasında XXIX tura start verilir. İlk oyun günündə iki matç keçiriləcək.

Quba şəhər stadionunda baş tutacaq qarşılaşmada “İmişli” “Sumqayıt”ı qəbul edəcək. Saat 16:00-da başlayacaq görüşdə ədaləti Elçin Məsiyev qoruyacaq.

18:30-a təyin edilən matçda isə “Qəbələ” evdə “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı dueldə baş hakim Kamal Umudlu olacaq.

Tura aprelin 27-si yekun vurulacaq.