Misli Premyer Liqasında XIV tur çərçivəsində “Qarabağ” “Zirə”nin qonağı olub.
Oyun Ağdam klubunun 3:1 hesablı qələbəsi ilə bitib. Qurban Qurbanovun kollektivi liqada 5 görüşdür məğlub olmur.
Xalını 52-yə çatdıran “Qarabağ” lider “Sabah”dan 7 xal geri qalır. “Köhlən atlar”ın ehtiyatında bir matç var.















