İngiltərə Premyer Liqasının XIX turu çərçivəsində “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçəyə razılaşan “Vulverhempton” 123 il əvvəlki antirekordu təkrarlayıb.
Belə ki, hələ də liqada qələbə üzünə həsrət olan “canavarlar” mövsümün startından etibarən 19 turda qalibiyyət qazana bilməyən ikinci komanda kimi tarixə keçib. Sonuncu dəfə belə uğursuzluğu 1902/1903 mövsümündə “Bolton” kollektivi yaşayıb.
Qeyd edək ki, üç matçda bərabərə qalıb, 16 oyunda uduzan “Vulverhempton” 3 xalla turnir cədvəlinin axırıncı pilləsində yer alıb.














