“Turan Tovuz” klubu ev oyunlarını Sumqayıtda keçirəcək.
Komanda daha əvvəl Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar ev oyunlarını müvəqqəti olaraq “Azərsun Arena”da keçirirdi.
Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt” klubunun razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən “Turan Tovuz” klubunun Misli Premyer Liqasının XXV turunun qarşılaşmasını və Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib.

















