Misli Premyer Liqasında XXIII tura bu gün start veriləcək.

Turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Karvan – Yevlax” evdə “Sumqayıt”la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşü Əli Əliyev idarə edəcək.

“Sumqayıt” 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 7 xala malik “Karvan-Yevlax” isə sonuncu – 12-cidir.

Misli Premyer Liqası

XXIII tur

7 mart

15:00. “Karvan-Yevlax” – “Sumqayıt”

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Asif Əliyev.

Yevlax şəhər stadionu.

Qeyd edək ki, XXIII tura martın 10-da yekun vurulacaq.