Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.

Son yarış günündə azərbaycanlı idmançılar daha üç mükafat əldə edib. 90 kq-da Murad Fətiyev və 100 kq-dan artıq çəkidə Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 100 kq-da Olimpiya çempionu Zelim Kotsoyev isə bürünclə kifayətlənib.

Beləliklə, Azərbaycan yığması yarışı 4-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla 7 medalla Yaponiyadan sonra ikinici pillədə başa vurub. Fətiyev və Nəsibovla yanaşı, 60 kq-da Əhməd Yusifov, 81 kq-da isə Ömər Rəcəbli çempion adını qazanıb. 60 kq-da digər təmsilçimiz Balabəy Ağayev ikinci olubsa, 100 kq-dan artıq çəkidə Camal Qamzatxanov Kotsoyev kimi üçüncü yeri tutub.