Gürcüstanın Batumi şəhərində təşkil edilən komandalar arası Avropa çempionatında 5-ci tura yekun vurulub. Kişilərdən ibarət yığmamız Yunanıstan ilə üz-üzə gəlib. Şəhriyar Məmmədyarov Nikolas Teodoru, Rauf Məmmədov Stamadis Kurkulos Arditis, Aydın Süleymanlı Dimitios Mastrovasilis, Məhəmməd Muradlı Antonios Pavlidislə sülhə razılaşdığından görüş 2:2 hesabıyla yekunlaşıb. Komandamız 7 xalla 7-ci pillədə qərarlaşıb.

Qadınların çıxışına gəlincə, Gülnar Məmmədova Yekaterina Pavliduya qalib gəlsə də, Ayan Allahverdiyeva Georgiu Qrapsaya uduzub. Ülviyyə Fətəliyeva – Stavrula Tsokalidu və  Gövhər Beydullayeva – Anastasiya Avramidu görüşləri heç-heçə bitib. Komandamız 2:2 hesablı heç-heçədən sonra 6 xalla 8-ci sıradadır.