AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Misli Premyer Liqasının XXI turunda baş verən qayda pozuntularına görə qərarlar açıqlanıb.
“İmişli” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib.
“Sabah” – “Kəpəz” matçının 90+8-ci dəqiqəsində qırmızı vərəqə alan Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov 2 matçlıq diskvalifikasiya edilib, klub isə 1000 manat məbləğində cərimələnib.
















