Misli Premyer Liqasında XX tura yekun vurulub. “Şamaxı” – “Turan Tovuz” görüşündə qol olmayıb.

Turun son matçında “Qəbələ”nin qonağı olan “Sabah” meydandan 3 xalla ayrılmağı bacarıb. Liderliyini möhkəmləndirən qəsəbə təmsilçisinin çempionatda məğlubiyyətsiz oyunlar seriyası 18-ə, qələbə seriyası isə 9-a çatıb.

“Sabah” 49 xalla liderdir və “Qarabağ”ı 4 xal qabaqlayır. “Zirə” 35 xalla 3-cü, “Turan Tovuz” 34 xalla 4-cüdür. 30 xala malik klublardan “Sumqayıt” 5-ci, “Araz-Naxçıvan” 6-cı, “Neftçi” 7-cidir. “Şamaxı” 24 xalla 8-ci, “İmişli” 19 xalla 9-cudur. 14 xalla 10-cu sırada olan “Qəbələ” “Kəpəz”i 1, “Karvan-Yevlax”ı 7 xal qabaqlayır.