Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.
İlk oyun günündə səfərdə “Sumqayıt”la qarşılaşan “Zirə” heç-heçəyə razılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda hesab açılamyıb.
Raundun cavab matçı martın əvvəlində keçiriləcək.
Qeyd edək ki, günün növbəti matçında “Sabah” və “Qəbələ” kollektivləri üz-üzə gələcək. Görüş saat 19:30-da start götürəcək. Bu oyun “Bank Respublika Arena”da reallaşacaq. Raundun cavab matçları martın əvvəlində təşkil ediləcək.
Fevralın 5-də 1/4 final mərhələsinin “Şamaxı” – “Qarabağ” və “Turan Tovuz” – “Kəpəz” oyunları keçiriləcək.















