“Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Daha əvvəl də komandada çıxış etmiş Camal Cəfərov yenidən Gəncə təmsilçisinin formasını geyinəcək. 23 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu “Sabah” olan Camal Cəfərov 2023/2024 və 2024/2025 mövsümlərini də məhz “Kəpəz”in heyətində keçirib.















