Gürcüstanın Batumi şəhərində təşkil edilən şahmat üzrə komandalar arası Avropa çempionatında 3-cü turun oyunları keçirilib. Kişilərdən ibarət yığmamız Polşa ilə üz-üzə gəlib. Eltac Səfərli Şimon Qumulyarzı məğlubiyyətə uğradıb.
Şəhriyar Məmmədyarov Radoslav Voytaşek, Aydın Süleymanlı Pavel Teçlaf, Məhəmməd Muradlı Yakub Kosakovski ilə heç-heçə edib. Nəticədə yığmamız 2 xal yarım bir xal yarım hesabıyla qələbə qazanıb. Hazırda seçməmiz 5 xalla 4-cü pillədə qərarlaşıb. 4-cü turda rəqibimiz Niderland olacaq.
Qadınlardan ibarət yığmamız isə Fransa ilə qarşılaşıb. Gülnar Məmmədova Andrea Navroteskudan üstün olsa da, Ayan Allahverdiyeva Polin Qişara uduzub. Xanım Balacayeva Sofi Milye, Ülviyyə Fətəliyeva Deymante Daulite ilə bərabərə qalıb. Nəticədə görüş 2:2 hesabıyla yekunlaşıb. 5 xalla 4-cü pillədə qərarlaşan millimiz bu gün Almaniya ilə üz-üzə gələcək.












