Mövsümün ilk “Böyük Dəbilqə” turniri olan “Australian Open”də qadınların mübarizəsində finalçılar bəlli olub.
Dünya reytinqinin bir nömrəsi Arina Sabalenka ukraynalı Elina Svitolinanı hər iki setdə 6:2 və 6:3 hesabları ilə məğlub edib. Beləliklə, belaruslu tennisçi ardıcıl dördüncü dəfə yarışın finalına adlayıb. 2023 və 2024-cü illərdə Avstraliyada birinci olan Sabalenka ötən mövsüm həlledici dueldə ABŞ-li Medison Kizə uduzub.
Digər yarımfinalda isə Yelena Rıbakina ABŞ tennisçisi Cessika Pequlanı 2:0 hesabı ilə məğlub edib və Sabalenkaya rəqib olub. Bu, Rıbakina üçün karyerasında ilk Avstraliya finalı olacaq.
Turnirin qalibinin adına isə yanvarın 31-i aydınlıq gələcək.


















