Bizon Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib. Etapın ilk oyun günündə iki matç keçirilib. “SOCAR Polymer Arena”da “Şahdağ Qusar”la üzləşən “Turan Tovuz” 2:1 hesablı qələbə ilə 1/4 finala adlayıb.
İkinci görüşdə “Zirə” “Neftçi”ni qəbul edib. 90 dəqiqəsində qapıların toxunulmaz qaldığı matçın taleyinə əlavə vaxtda aydınlıq gəlib. 1:0 üstün “Zirə” adını ən güclü 8 komanda sırasına yazdırıb.
Qeyd edək ki, Bizon Azərbaycan Kubokunda 1/8 finalın digər qarşılaşmaları 3-4 dekabr tarixlərində keçiriliəcək.














