AFFA İntizam Komitəsi iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.
Region Liqasında yanvarın 18-nə təyin olunan “Hacıqabul” – “Bakı TFK” matçı qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə “Bakı TFK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni tarixdə Yüksək Qızlar Liqasında keçirilməli olan “Zaqatala QFK” – “Baku Juniors” görüşündə də oxşar hal yaşanıb. “Baku Juniors” kollektivi təyin olunan vaxtda meydanda olmadığı üçün texniki məğlubiyyətlə cəzalandırılıb.















