Bu gün Azərbaycan Premyer liqasının dörd təmsilçisi yoldaşlıq görüşü keçirəcək.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan Tovuz” Polşa təmsilçisi “Poqon” kollektivi ilə üzləşəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Yevlax şəhər stadionunda “Karvan-Yevlax” və “Kəpəz” saat 14:00-da start götürəcək matçda qarşılaşacaqlar.
“Şamaxı” isə “Liv Bona Dea Arena”da saat 16:00-da başlayacaq qarşılaşmada Azərbaycanın U-21 millisi ilə görüşəcək.















