Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” sonuncu yoxlama oyununu keçirib.

Çinin “Çenqdu Ronqçenq” kollektivi ilə üz-üzə gələn Yuri Vernidubun kollektivi 3:1 hesablı qələbəyə seviniblər. Bakı klubunun qollarını Andrey Ştoqrin (9), Bassala Sambu (29) və İqor Ribeyro (53) vurublar.

“Ağ-qaralar” daha əvvəl Misir təmsilçisi “Piramids”lə heç-heçə (1:1) edibsə, Qazaxıstanın “Kayrat” komandasını 3:0 üstələyib.