“Səbail” qış fasiləsində heyətinə daha bir futbolçu qatıb.
“Dənizçilər” son olaraq “Difai”də çıxış etmiş yarımmüdafiəçi Roman Hüseynovla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan 28 yaşlı oyunçu həm də “Kəpəz” və “Sumqayıt”da çıxış edib.


















