UEFA Çempionlar Liqasında əsas mərhələsinin IV turunda stadionlardakı azarkeş sayı açıqlanıb.
Ən yaxşı göstərici 69.983 azarkeş olmaqla “İnter” – “Kayrat” matçında qeydə alınıb.İkinci yerdə 64.314 nəfərlə “Marsel” – “Atlanta” oyununu qərarlaşıb.
Üçüncü ən çox tamaşaçı toplayan oyun isə “Liverpul” – “Real Madrid” qarşılaşması olub (59.916).
“Qarabağ” – “Çelsi” matçını Tofiq Bəhramov adına Respublika stadionunda 30.887 azarkeş izləyib. Bu göstərici tur üzrə 18 oyun arasında 14-cü yerdə qərarlaşıb.
Ən az izləyici “Pafos” – “Vilyarreal” oyununda olub. Bu görüşü cəmi 6.314 tamaşaçı izləyib.














