Cüdoçular arasında kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində baş tutan turnir böyüklər, gənclər və yeniyetmələr arasında təşkil edilib.

Yarış Beynəlxalq Cüdo Federasiyasının kata qaydalarına və hakimlik standartlarına uyğun baş tutub. Yeniyetmələr arasında Sadiq Abdullayev (Tori), Rəcəb Əkbərov (Uke), gənclərdən Famil Əsədov (Tori), Yusif Əhmədov (Uke), böyüklərin mübarizəsində isə Çingiz Əhmədov (Tori) və Seymur Məcidli (Uke) qalib adını qazanıb.