Futzal üzrə Azərbaycan Yüksək Liqasında IX turdan təxirə salınmış oyunu keçirilib. “Araz-Naxçıvan” U-19 kollektivi ilə üzləşib. Bununla da çempionatda ilk iki dövrə arxada qalıb.
Görüşü 12:2 qalib tamamlayan Naxçıvan təmsilçisi xalını 25-ə çatdıraraq qış fasiləsinə 25 xalla turnir cədvəlinin lideri kimi yollanıb. U-19 komandası isə 6 xalla beşinci yeri tutur.
Qeyd edək ki, futzal üzrə Azərbaycan Yüksək Liqasında III dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.


















