Bu gün Misli Premyer Liqasında XV tura yekun vurulacaq. Saat 14:00-da başlayacaq matçda 15 xalla 9-cu pillədə qərarlaşan “İmişli” Quba şəhər stadionunda turnir cədvəlinin sonuncusu olan “Karvan-Yevlax”ı qəbul edəcək.

Saat 19:00 start götürəcək qarşılaşmada isə “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. Bu görüş “ağ-qaralar”ın yeni baş məşqçisi Yuri Vernidub üçün ilk oyun olacaq. “Gənclik şəhəri” təmsilçisi qalib gələrsə xalını 29-a çatdıracaq və “Zirə”ni geridə qoyaraq üçüncü yerə qalxacaq.

Hər iki matç “CBC Sport”la canlı yayımlanacaq.