Avstraliyanın Sidney şəhərində UFC-325 turniri keçirilib.
Turnir çərçivəsində yüngül çəki dərəcəsində UFC reytinqində doqquzuncu yerdə qərarlaşan azərbaycanlı döyüşçü Rafael Fiziyev və 14-cü pillədə qərarlaşan braziliyalı Maurisio Ruffi üz-üzə gəlib.
Maurisio Ruffi Rafael Fiziyevi ikinci raundun 4:30-cu dəqiqəsində texniki nokautla məğlub edib.
Qeyd edək ki, 32 yaşlı Fiziyev peşəkar karyerasında doqquzu vaxtından əvvəl olmaqla 13 qələbə qazanıb və 5 görüşdə də məğlubiyyət yaşayıb.












