Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində cəmi 19 qol vurulub.

Mərhələnin 8 oyununda orta məhsuldarlıq 2,375-ə bərabər olub. Bu, son 14 mövsümün ən aşağı göstəricisidir. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/2012-ci illər mövsümündə təsadüf olunub. Həmin təqvim ilində 7 qarşılaşmada 14 qol vurulub və orta göstərici 2,00-a bərabər olub.

Qeyd edək ki, ötən mövsüm ölkə kubikunun 1/8 final matçlarında 27 qol qeydə alınıb.