Braziliya A Seriyasının qalibi müəyyənləşib. Bu mövsüm Libertadores kubokunu, ölkə kubokunu da başı üzərinə qaldıran, Rio-de-Janeyro ştat liqasını birinci bitirən “Flamenqo” sona bir tur qalmış çempionluğunu təmin edib.

XXXVII turda evdə “Seara”nı 1:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” xallarını 78-ə çatdırıb və ondan 5 xal geri qalan ən yaxın rəqibi “Palmeyras” üçün əlçatmaz olub.

Qeyd edək ki, hazırda “Flamenqo”nun heyətində “Qarabağ”ın sabiq futbolçusu Juninyo da çıxış edir.