Azərbaycanın qadınlardan ibarət millisi bu gün Banqladeşin paytaxtı Dəkkədə keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində ikinci matçına çıxacaq.
Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda ev sahibi ölkənin yığması ilə qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, seçməmiz turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.


















