Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Mərhələnin açılış matçı “SOCAR Palymer Arena”da keçiriləcək. Burada birinci liqa təmsilçisi “Şahdağ Qusar” Misli Premyer Liqasında üst pillələrdə qərarlaşan “Turan Tovuz”la qarşılaşacaq.
Günün digər matçında “Zirə” “Neftçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Müvafiq olaraq saat 15:00 və 19:00-da başlayacaq oyunlar “CBC Sport”la canlı yayımlanacaq. Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.















