Bu gün UEFA Çempionlar Liqasında keçid pley-off mərhələsinə start veriləcək. Mərhələnin ilk görüşü Türkiyədə keçiriləcək. Saat 21:45-də başlanacaq matçda “Qalatasaray” “Yuventus”la üz-üzə gələcək. “CBC Sport”la canlı yayımlanacaq matçda ədaləti qorumaq niderlandlı Danni Mikelleyə tapşırılıb.
Digər oyunlar saat 00:00-a təyin edilib. Turnirin son qalibi PSJ “Monako”nu qonağı olacaq. Görüşün baş hakimi ispaniyalı Xesus Xil Manzanodur.
“Real Madrid” liqa mərhələsinin son turunda uduzduğu “Benfika”nın qonağı olacaq. Oyunu fransalı Fransua Leteksye idarə edəcək.
Nəhayət daha bir maraqlı matçda “Borussiya Dortmund” “Atalanta”nı qəbul edəcək. “CBC Sport”la canlı yayımlanacaq matçın baş hakimi niderlandlı Serdar Gözübüyük olacaq.













