Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib. Bu, Misli Premyer Liqasının XIII turunda “Karvan-Yevlax”a qarşı ağdamlıların 2:0 hesablı qələbəsi ilə bitən görüşə təsadüf edib.

2008-ci ildə Qurban Qurbanovun gəlişindən bu yana komanda 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.

Qurban Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, Azərbaycan kubokunda 75, avrokuboklarda 187 matça çıxıb.