Bu gün qadın və kişi voleybolçuların Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunlar keçirilib.

Qadınların mübarizəsində “Turan” “Gənclər”i, “DH Volley” “Azerrail”i 3:0 məğlub edib. 27 xala malik “Turan” turnir cədvəlinin lideridir və ikinci “DH Volley”i 3 xal qabaqlayır.

Kişilərin yarışında isə bir matç baş tutub. “Xilasedici” “Gənclər” kollektivindən 3:0 üstün olub. Xalını 25-ə çatdıran “Xilasedici” “Ordu” ilə birgə turnir cədvəlində ilk iki pilləni bölüşdürür.