Azərbaycan I Liqasında çıxış edən “Səbail” baş məşqçi Adil Şükürovla anlaşıb.

Mütəxəssislə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

O, sabah yeni komandasını ilk məşqə çıxaracaq.

Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.

A.Şükürov son olaraq “Kəpəz” klubunu çalışdırıb.