Banqladeşdə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi “FIFA Tri Nations Women”s Football Series 2025” turnirində ilk oyuna çıxıb.
Dəkkədə Malayziya yığması ilə qarşılaşan təmsilçimiz 2:0 hesablı qələbəyə sevinib.
Milli Stadionda keçirilən görüşdə qolları Peritan Bozdağ (4) və Nigar Mirzəliyeva (24) vurublar.

















