“Sabah” futbolçusu Anatoli Nuriyevlə yolları ayırıb.

Futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında son verilib. 2022-ci ildən Masazır klubunda çıxış edən Nuriyev bu müdəttə 118 oyuna çıxıb və 12 qol vurub.

Oyunçu karyerasını “Zirə”də davam etdirəcək. “Qartallar” milli komandanın üzvü ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.