“Qarabağ” UEFA Çempionlar Liqasının iştirak ərizəsində dəyişiklik edib. “Çelsi” ilə oyunda zədələnən Kadi Borgesin adı iştirak ərizəsindən çıxarılıb. Onun əvəzinə isə siyahıya yayda komandaya qoşulan Joni Montie əlavə edilib. Qeyd edək ki, Kadi Borges ən azı 2 ay meydanlardan kənarda qalacaq.


















