Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan təyinat alıb.

O, UEFA Konfrans Liqasının əsas mərhələsinin IV turunda baş tutacaq “Universitatya Krayova” (Rumıniya) – “Maynts” (Almaniya) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 27-də keçiriləcək.