21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçiriləcək. Millimiz B qrupunda səfərdə Cəbəllütariq kollektivi ilə üz-üzə gələcək. Bu adıçəkilən yığma ilə ilk qarşılaşma olacaq. Bu gün həmçinin bu qrupda Çexiya – Portuqaliya, Şotlandiya – Bolqarıstan duelləri də keçiriləcək.
Hazırda Portuqaliya 12 xalla liderdir. Onlar Çexiyanı 3, Şotlandiya və Bolqarıstanı 5 xal qabaqlayırlar. Hazırda seçməmizin hesabında 2 xal var. Cəbəllütariq isə keçirdiyi bütün görüşlərdə məğlub olub.

















