Azərbaycan milli komandası Dünya çempionatı 2026-nın seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. D qrupunda mübarizə aparan yığma müvəqqəti baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna seçməsini qəbul edib. Görüş 1-1-lik heç-heçə ilə bitib. 51-ci dəqiqədə Ukraynadan Georgi Sudakovun qoluna komandamız 72-ci dəqiqədə Emin Mahmudovun dəqiq yerinə yetirdiyi penalti zərbəsi ilə cavab verib. Milli formada vurduğu qolların sayını 15-ə çatdıran Mahmudov, bu göstəricidə rekordçuya çevrilib. Azərbaycan isə qrupda ilk xalını qazanıb.