Basketbol üzrə Azərbaycan milli komandası 2029 Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
Komandamız A qrupu çərçivəsində səfərdə İrlandiya ilə üzləşib və 76:75 hesabı ilə qalib gəlib. Bu, onların tsiklda ilk qələbəsi olub. Qeyd edək ki, yığmamız daha əvvəl Şimali Makedoniya və Lüksemburqa uduzub.
A qrupuna 6 xalla Şimali Makedoniya başçılıq edir. Lüksemburq 5 xalla ikinci, 4 xallı Azərbaycan üçüncüdür. Aktivində 3 xal olan İrlandiya sonuncu yerdə qərarlaşıb. Millimiz növbəti görüşünü martın 2-si evdə Şimali Makedoniyaya qarşı keçirəcək.












