Təmsilçimiz “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda İngiltərənin “Çelsi” klubu ilə heç-heçə etməsi (2:2) ölkəmizin UEFA reytinqində əmsalını artırıb.

25-ci pillədə qərarlaşan Azərbaycanın əmsalı 22.250-yə yüksəlib. 24-cü yerdəki Serbiyanın 22.375 əmsalı var. Bir pillə geridə isə 21.718 əmsalla Sloveniya qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqində İngiltərə (100.227) ilk pillədə qərarlaşıb.