Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları baş tutub.
Qadınların mübarizəsində “Qarabağ” “İdman Akademiyası”nı 27:26 minimal fərqlə üstələyib. “Kür” “Azəryol”dan 31:26, “Təhsil” isə “Bakı”dan 25:21 güclü olub.
Kişilərin yarışında “Azəryol” və “Təhsil” komandaları 20:20-lik bərabərliyə razılaşıblar. “Kür” səfərdə “Dinamo”nu 52:41, “Qarabağ” isə “Bakı”nı 25:23 məğlub edib.
Hazırda kişilərin turnirində 12 xalla “Qarabağ” liderdir. Qadınların çempionatına isə 8 xalı olan “Kür” başçılıq edir.












